Rafael Ağayev finalda - YENİLƏNDİ
13 May 2017 14:53 İdmanIV İslam Həmrəyliyi Oyunlarının Bakı İdman Sarayında keçirilən karate üzrə kumite yarışında Azərbaycanın kişi idmançıları mübarizəyə qoşulublar.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rəfael Ağayev ilk görüşdə Türkiyə təmsilçisi Erman Eltemer ilə qarşılaşıb. Azərbaycan idmançısı rəqib üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev bununla IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.
Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.
Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Publika.az