Gimnastlarımız finala çıxdılar
13 May 2017 14:48 İdmanBu gün Milli Gimnastika Arenasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında qadınlar arasında təsnifat mərhələsi başa çatıb.
Təsnifat mərhələsi qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib. Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova təmsil ediblər. Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar. İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31