Nigar Arpadarai: “Təşkilatçılığa 80 faiz yerli şirkətlər cəlb olunublar”

“Ötən il Bakıda keçirilən Formula-1 yarışının təşkilatçılığına cəlb olunan şirkətlərin 60 faizi yerli, 40 faizi xarici şirkətlər idisə, bu ilki Qran-Prinin təşkilatçılığına 80 faiz yerli, 20 faiz xarici şirkətlər cəlb olunublar”. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

"Ötən il Bakıda keçirilən Formula-1 yarışının təşkilatçılığına cəlb olunan şirkətlərin 60 faizi yerli, 40 faizi xarici şirkətlər idisə, bu ilki Qran-Prinin təşkilatçılığına 80 faiz yerli, 20 faiz xarici şirkətlər cəlb olunublar". Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Gələn illərdə Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilati işlərinin tam olaraq yerli şirkətlərin yerinə yetirəcəyinə əminliyini bildirən şöbə müdiri bunun yeni iş yerlərinin açılması, yeni mütəxəssislərin yetişdirilməsində önəmli rol oynayacağını vurğulayıb.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer isə trekin asfalt, təhlükəsizlik baryerləri, tribunaların quraşdırılma işlərinin yerli şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, Pit binasının tikintisinə isə 4 yerli şirkət cəlb olunub: "Bu Azərbaycanın qazancıdır. Burada yetişən mütəxəssislər regionda keçirilən digər tədbirlərdə də asanlıqla çalışıb təcrübələrini bölüşə bilərlər".

T.Butçer vurğulayıb ki, Bakı Şəhər Halqasının asfalt örtüyü Formula-1 şirkətləri içərisində ən yüksək keyfiyyətə malik asfalt kimi qiymətləndirilib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31