"Turində bütün bacarığımızı ortaya qoymalıyıq"

"Porto"nun qolkiperi İker Kasilyas Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"a qarşı ilk oyun (0:2) barədə fikirlərini bölüşüb.

"Porto"nun qolkiperi İker Kasilyas Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"a qarşı ilk oyun (0:2) barədə fikirlərini bölüşüb.

Veteran qapıçı bunları deyib:

"Buffon mənə etiraf etdi ki, Tellesin aldığı qırmızı vərəqə "Yuventus"a sərf etdi. Biz müqavimət göstərdik, amma 2 dəqiqə ərzində 2 sarı vərəqə oyunun axarını dəyişdi. Əks halda "Yuventus"la oyunda sərfəli nəticə qazanmaq mümkün idi.

Cavab oyunun ilk dəqiqələrində onlardan kiminsə qırmızı vərəqə alması bizə sərf edərdi. İstənilən halda, yaxşı çalışıb gücümüzə inanmalıyıq. Turində bütün bacarığımızı ortaya qoymalıyıq". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31