""İnter"də işlədiyim 3 ay mənə 1 il kimi gəldi"
"İnter"in sabiq baş məşqçisi Frank de Bur Milan klubunda keçirdiyi 3 ayı xatırlayıb.
23 Fevral 2017 19:00 İdman"İnter"in sabiq baş məşqçisi Frank de Bur Milan klubunda keçirdiyi 3 ayı xatırlayıb.
Gənc mütəxəssis bunları deyib:"Məşqçi və futbolçu kimi həyatımın 25 ilini verdiyim "Ayaks"ı tərk etmək çətin idi. Bəzən yeni sınağa ehtiyacın olur. "İnter"də o qədər şeylərlə üzləşdim ki, bunlar insanın bütün enerjisini alır. Hər dəfə nəticənin gələcəyini gözlədiyim vaxt nəsə baş verirdi. Ya İkardi müzakirələrə səbəb olan kitab buraxırdı, ya Brozoviç diskotekaya gedirdi və onu cəzalandırmalı olurdum. "İnter"də 3 ay işlədim. Bu 3 ay mənə 1 il kimi gəldi. İntizamı sevirəm. Heyətdə olub-olmamağın fərqi yoxdur. Baş məşqçiyə hörmət etmək lazımdır". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31