Vitsel "Yuventus"la razılığa gəldi

"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel "Yuventus"a transfer olunmağa yaxındır. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Belçika millisinin üzvü artıq Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Hətta Vitselin "Yuventus"da 28 nömrəli forma ilə çıxış edəcəyi də təsdiqlənib. 

Keçidin reallaşması üçün "Qoca Sinyora" "Zenit"lə razılığa gəlməli və 6 milyon avro ödəməlidir. Lakin hələlik Sankt Peterburq klubunun prezidenti transferə razılıq verməyib. 

Qeyd edək ki, Vitselin "Zenit"lə müqavilə 2017-ci ilin yayına bitir. Bu mövsümün əvvəlində belçikalı "Yuventus"a keçməyə yaxın olsa da, transfer son anda baş tutmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31