Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Faystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.
16 Dekabr 2016 19:00 İdmanFutbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Faystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.
Qeyd edək ki, ilk görüşdə Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olan Norveç yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb.