Azərbaycanlı FİFA referisi UEFA-nın kursunda iştirak edəcək

Gələn il yanvarın 30-dan İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək. 

Gələn il yanvarın 30-dan İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək.   Məlumata görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayev də UEFA-nın kursunda iştirak edəcək.

Kurs sayca 25-ci olacaq. Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brıx, Viktor Kassai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Tagliavento, Damir Skomina, Alberto Undiano Mallenco, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31