Niyaməddin Paşayev: "İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik” 

“Hazırda Azərbaycan iki mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Bakıda iki gün Qran-pri, iki gün isə komandalararası dünya çempionatı davam edəcək. Bütün təşkilati işlər Beynəlxalq Taekvondo Federasiyasının qaydaları əsasında yüksək səviyyədə qurulub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

"Hazırda Azərbaycan iki mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Bakıda iki gün Qran-pri, iki gün isə komandalararası dünya çempionatı davam edəcək. Bütün təşkilati işlər Beynəlxalq Taekvondo Federasiyasının qaydaları əsasında yüksək səviyyədə qurulub". Bunu açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O qeyd edib ki, ölkəmizə gələn idmançılar və nümayəndə heyətləri yüksək səviyyədə qarşılanaraq, otellərə yerləşdirilib: "Qonaqların qida və nəqliyyat məsələlərində də heç bir poblem yoxdur. "Sərhədçi" Olimpiya İdman Mərkəzində isə yarışların təşkili üçün bütün lazımi şərait yaradılıb. Əminəm ki, yarışlar sona qədər uğurla davam edəcək".

O, zədə səbəbindən yarışa qatıla bilməyən qadın taekvondoçular haqqında danışıb: "Ev sahibi ölkə kimi yarışda dörd kişi və dörd qadın idmançı ilə təmsil olunmaq hüququmuz var. Kişilərin yarışına dörd idmançı ilə qatılsaq da, təəssüf ki, qadınlardan ibarət yığmamızda gözləmədiyimiz hal baş verdi. Belə ki, Qran-pri turnirində mübarizə aparmalı olan 3 qadın idmançımızdan ikisi - Fərizə Əzizova və Patimat Abakorova zədə səbəbindən yarışda iştirak edə bilmədi. Fəridə belindən, Patimat isə dizindən aldığı zədəyə görə yarışı buraxmalı oldu. Həkimlərin rəyinə görə Fəridə artıq yüngül məşqlərə başlayıb. Patimat isə bir ay üç həftə müalicədən sonra bərpa prosesi keçəcək.

Yığmamızn digər üzvü Yapraq Erişin beynəlxalq arenada böyük uğurları olmasa da, o, perspektivli idmançılarımızdan biridir. Biz ondan da medal gözləyirik".

Vitse-prezident dünya çempionatında millimizin 6 idmançı ilə təmsil olunacağını bildirib: "Komandalararası dünya çempionatında hər bir ölkənin iki legioner idmançı ilə təmsil olunmaq hüququ var. Yığmamıın heyətində Fəridə Əzizovanın çəkisində (67 kq) kanadalı Melissa Paqnotta və 73 kq çəki dərəcəsində isə holladiyalı Reşmiye Oogink mübarizə apracaq. Gənc olmaqlarına baxmayaraq, həmin yarışda da idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik".

N.Paşayev yığmamızın aparıcı üzvü Milad Beigi Harçeqanin yarışdakı çıxışnı yüksək qiymətləndirib: "Qran-pri turnirində 80 kq çəki dərəcəsində təcrübəli idmançımız Milad Beigi Harçeqani final yolunda bütün rəqiblərini böyükhesabla məğlub edərək, vaxtından əvvəl qələbəsini rəsmiləşdirib. İdmançımız finalda misirli taekvondoçu ilə qarşılaşacaq. Ümid edirik ki, o, finalda da qalib gələrək bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcək".

Yanvar ayının ilk yarısında Azərbaycan çempionatının keçiriləcəyini qeyd edən federasiya rəsmisi idmançılarımızın IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi haqda məlumat verib: "Ölkə çempionatından sonra "Bakı-2017" İslam Həmrəylik Oyunlarına hazırlaşacağıq. Yerli komanda olduğumuz üçün millimiz 8 kişi, 8 qadın idmançı ilə təmsil olunmaq hüququna malikdir. Yanvardan sonra tam heyətlə təlim-məşq toplanışlarına qatılacağıq. Heyətdəki idmançılarımız təqvim planına uyğun olaraq bir neçə beynəlxalq turnirdə qüvvələrini sınayacaq.  Ümid edirik ki, "Bakı-2015" ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəylik Oyunlarında da idmançılarımız yüksək nailiyyətlər qazanacaqlar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31