Bombardir "Qarabağ"la oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"la qarşılaşacaq "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.

Olaylar.az qol.az-a istinadən xəbər verir ki, komandanın əsas qol silahı Baqali Dabo zədə səbəbindən bu görüşü buraxacaq.

Fransalı hücumçu "Anderlext"lə oyunda ciddi zədə alıb. 

Premyer Liqanın bombardiri ən azı 2-3 həftə meydana çıxa bilməyəcək. 

Qeyd edək ki, noyabrın 29-da keçirilən "Qarabağ" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31