Berti Foqts qovuldu
22 Noyabr 2016 09:11 İdmanMilli komandamızın sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna baş məşqçi Yurgen Klinsmanın istefaya göndərilməsi səbəb olub.
DÇ-2018-in seçmə mərhələsində ardıcıl 2 məğlubiyyət almaniyalı mütəxəssisin vəzifəsindən göndərilməsi ilə nəticələnib.
Qeyd edək ki, Berti Foqts 2014-cü ilin oktyabrında millimizlə yollarını ayırandan sonra Klinsmanın məsləhətçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31