Bolqarıstan millisinin üzvü Azərbaycan klubunda?

Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. 

Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. 

Olaylar.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın "Meridian Match" nəşri xəbər yayıb. 
 
Bildirilir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan və Qazaxıstan klubundan təklif alıb.

"Levski" mövsümün sonunda sözləşməsi başa çatacaq futolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Ancaq Kostadinov gələn təkliflər haqda düşünəcəyini deyib.
 
Qeyd edək ki, Kostadinov bu il Bolqarıstan millisinə cəlb olunub və yığmada bir oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31