"Qarabağ" və "Qəbələ"nin Avroliqa matçının hakimləri açıqlandı

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan klubları "Qarabağ" və "Qəbələ"nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan klubları "Qarabağ" və "Qəbələ"nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.

Çexiyada "Slovan"ın qonağı olacaq "Qarabağ"ın görüşündə isveçli Stefan Yohannesson ədalət təmsilçisi olacaq.
 
UEFA Bakıda keçiriləcək "Qəbələ" - "Anderlext" qarşılaşması üçün isə ukraynalı Yevgeni Aranovskini göndərəcək.
 
Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31