42 ilə 1 milyard dollarlıq gəlir

Portuqaliya millisinin və "Real"ın superulduzu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu dəfə sponsorluq anlaşmasına qol çəkib.

Portuqaliya millisinin və "Real"ın superulduzu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu dəfə sponsorluq anlaşmasına qol çəkib.

Belə ki, Ronaldo "Nike" firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu "Nike"nin geyimlərindən istifadə edəcək və ilinə 24 milyon dollar qazanacaq. Bu isə o deməkdi ki, Ronaldo 73 yaşına qədər "Nike"ın geyimlərindən istifadə etsə, 1 milyard dollar qazanacaq.
 

Evans Azərbaycan millisini rəqib saymadı

O, "Nike" ilə ömürlük müqavilə imzalayan 3-cü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji saziş bağlayıblar.
 
Qeyd edək ki, Ronaldo bu yaxınlarda klubu "Real"la müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Razılığa görə, onun illik məvacibi 24 milyon avro təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31