Hansı klub futbolçularını yaxşı dolandırır? SİYAHI
13 Noyabr 2016 22:37 İdmanFutbolçularına ən yüksək maaş verən klubların adları açıqlanıb.
Publika.az xəbər verir ki, "Daily Mail" nəşrinin araşdırmasına əsasən, siyahıda ilk pilləni "Mançester Yunayted" tutur. Bu komandanın bir futbolçusunun illik maaşı orta hesabla 5,77 milyon funt-sterlinq (həftəlik 110 min funt) təşkil edir.
"Barselona" ikinci (5,65 milyon), "Mançester Siti" üçüncü (5, 42 milyon) yerdədir.
İlk onluğa həmçinin bu klublar da düşüb: "Real" (5,05 milyon), "Çelsi" (4,51 milyon), PSJ (4,47 milyon), "Bavariya" (4, 16 milyon), "Yuventus" (3, 97 milyon), "Arsenal" (3,7 milyon) və "Liverpul" (3,1 milyon).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31