Ronaldo: ""Yuventus"u Çempionlar Liqasının favoritləri sırasında görürəm"
12 Noyabr 2016 19:13 İdman"Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo komanda yoldaşı Alvaro Moratanın inkişafında "Yuventus"un rolunu xüsusi qeyd edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ronaldo "qocasenyora"nı ÇL favoritləri sırasında gördüyünü də qeyd edib.
"Yuventus"da keçirdiyi vaxt Alvaro Moratanın lehinə işləyib. O, Turin klubuna fantastik mövsüm keçirmişdi. İtaliyada çox şey öyrənmiş və futbolçu kimi çox artırmışdı. A Seriyasında əsas heyət uğrunda rəqabət onun inkişafında təsirini göstərmişdi. "Yuventus"u Çempionlar Liqasının favoritləri sırasında görürəm. Onların əla kollektivi, baş məşqçisi və stadionu var. Niyə də olmasın?".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31