Argentinada əsas hədəf yenə Messidir

Argentina millisinin Braziliyaya son məğlubiyyəti ölkədə böyük rezonans doğurub.

Argentina millisinin Braziliyaya son məğlubiyyəti ölkədə böyük rezonans doğurub.

Olaylar.az goal.az-a istinadən xəbər verir ki, yerli media və azarkeşlər ənənələrinə sadiq qalaraq, yenə Messini hədəfə alıblar. Son zamanlar ulduz futbolçu dostlarını himayə etməkdə gündəmə gətirilir. Eyni hal Braziliya yenilgisindən sonra da təkrarlanıb. KİV-lər heyətin Messinin istəyi ilə formalaşdırılmasını iddia edir və buna son qoyulmasını tələb edirlər. Argentinada millinin bəzi futbolçularını uğursuz və məğlubiyyətlərə alışmış hesab edirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31