Millimizin rəqibləri bəlli oldu

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Olaylar.az  apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb. Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 4-cü qrupda İspaniya, Ukrayna, Albaniya ilə mübarizə aparacaq.  

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

Olaylar.az  apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb.

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 4-cü qrupda İspaniya, Ukrayna, Albaniya ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidir. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31