Meydana öküz başı atdılar, klub cərimələndi

Almaniya Futbol İttifaqı Drezden "Dinamo"sunu cəzalandırıb.

Almaniya Futbol İttifaqı Drezden "Dinamo"sunu cəzalandırıb.

Olaylar.az goal.az-a istinadla bildirir ki, ölkə kubokunun 1/32 final mərhələsində baş tutan  "Dinamo" - "RB Leipzig" matçında yerli azarkeşlər meydana kəsilmiş öküz başı atmışdılar. Bu səbəbdən meydan sahibləri 60 min avro cərimə ödəməli olacaqlar. Bundan başqa, noyabrın 20-də ikinci Bundesliqanın 13-cü turunda "Greuther Fuerth"ə qarşı oyunda Drezden təmsilçisinin stadionu qismən qapadılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31