Fərrux İsmayılov: “Qarabağ” Avropada öz sözünü deyir”- AÇIQLAMA

“Avropa Liqasında “Qarabağ”ın çıxışını yüksək qiymətləndirirəm. Komandamız yaxşı oyun göstərir. “Qarabağ”ı növbəti mərhələdə görəcəyimizə inanıram”. Bunu SİA-ya açıqlamasında futbol üzrə Azərbaycan milli komadasının sabiq hücumçusu Fərrux İsmayılov deyib.

"Avropa Liqasında "Qarabağ"ın çıxışını yüksək qiymətləndirirəm. Komandamız yaxşı oyun göstərir. "Qarabağ"ı növbəti mərhələdə görəcəyimizə inanıram". Bunu SİA-ya açıqlamasında futbol üzrə Azərbaycan milli komadasının sabiq hücumçusu Fərrux İsmayılov deyib.

O, Ağdam təmsilçisinin "Slovan"la oyunda da qələbə qazanacağına inandığını bildirib: "Əgər "Fiorentina"  və PAOK əlbir olub saxtakarlığa yol verməsələr, PAOK-un "Fiorentina"nı məğlub etməsi mümkün deyil. "Qarabağ"ın isə "Slovan"la ən azı heç-heçə edəcəyini düşünürəm. Ancaq komandamızın qələbə qazanacağına inanıram. Bu halda isə Ağdam təmsilçisi növbəti mərhələyə yüksələcək. "Qarabağ" Avroliqada hakim haqsızlığı ilə də üzləşib. Təmsilçimiz yorulmadan mübarizəsini davam etdirir. "Qarabağ" Avropada öz sözünü deyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31