"Mançester Yunayted" azarkeşlərindən üzr istəyirəm"

"Mançester Yunayted"in London səfəri fiasko ilə nəticələndi. Joze Mourinyo sabiq komandası "Çelsi"nin 4 cavabsız qolundan sonra "Stamford Bridge"ə qayıdışını, çətin ki, unutsun.

"Mançester Yunayted"in London səfəri fiasko ilə nəticələndi. Joze Mourinyo sabiq komandası "Çelsi"nin 4 cavabsız qolundan sonra "Stamford Bridge"ə qayıdışını, çətin ki, unutsun.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra bunları deyib:

"Azarkeşlərimiz 90 dəqiqə ərzində bizi dəstəklədi. Bütün dünyada milyonlarla "Yunayted" fanatının əhvalını korladıq. Komandanın baş məşqçisi kimi buna təəssüflənirəm. Onlardan üzr istəyirəm. Mən tamamilə "Mançester Yunayted"ə məxsusam. Bir faizim belə "Çelsi" və ya başqa kluba aid deyil. Yüz faizli "manikunianlı"yam. Bu duruma çox üzülürəm. Oyunçulara dediyim kimi yalnız bir cavab var. Sabah məşqdir, çalışmaqda davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31