"Qızıl top"a namizədlərin adı açıqlandı - YENİLƏNİB
"Qızıl top" mükafatına daha 5 namizəd açıqlanıb. Apasport.az saytının məlumatına görə, "France Football" 2016-cı ilin ən yaxşı futbolçusu adına 30 namizəd sırasında yer alan ikinci "beşlik" müəyyənləşib.
24 Oktyabr 2016 13:21 İdman"Qızıl top" mükafatına daha 5 namizəd açıqlanıb. Apasport.az saytının məlumatına görə, "France Football" 2016-cı ilin ən yaxşı futbolçusu adına 30 namizəd sırasında yer alan ikinci "beşlik" müəyyənləşib.
Bunlar belçikalı Kevin de Bruin, argentinalı Paulo Dibala, uruqvaylı Dieqo Qodin, fransalı Antuan Qrizman və argentinalı Qonzalo İquayindi.
Qeyd edək ki, bu oyunçulara qədər Serxio Aquero, qabonlu Pyer-Emerik Obameyanq, uelsli Qaret Beyl, italiyalı Canluici Buffon və portuqaliyalı Kriştianu Ronaldo da namizədlər siyahısında yer akmışdı.
***
"France Football" jurnalı 2016-cı ilin "Qızıl top" mükafatına namizədlərdən 5-nin adlarını açıqlayıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, onlardan 2-si İspaniya "Real Madrid"ində çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ilə uelsli Qaret Beyldir.
Habelə, İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon, İngiltərənin "Mançester Siti" klubundan argentinalı Serxio Aqüero və Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən qabonlu Pyer-Emerik Obameyanq da siyahıya düşüb. Qalan 25 namizəd gün ərzində açıqlanacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu iki dəfə (2013, 2014) "Qızıl top"a yiyələnib. O, 2016-cı ildə "Real Madrid"lə Çempionlar Liqasını, Portuqaliya millisinin heyətində isə Avropa çempionluğu qazanıb. Daha əvvəl "France Football"la əməkdaşlığının başa çatması səbəbindən FİFA-nın bu mükafatı təqdim etməyəcəyi açıqlanıb. Jurnal "Qızıl top"u 1956-cı ildən təqdim edir. FİFA-da isə 1988-ci ildən "İlin oyunçusu" mükafatı meydana çıxıb. 2010-cu ildə "France Football"ın FİFA ilə bağladığı 5 illik müqaviləyə əsasən, ali futbol qurumu "Qızıl top"un sahibini milli komandaların baş məşqçiləri, kapitanları və KİV nümayəndələri arasındakı sorğu əsasında seçib.