"Karyeramda ən ağır məğlubiyyət..."
"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola 3-cü turda "Barselona"ya məğlubiyyətdən (0:4) sonra fikirlərini açıqlayıb.
20 Oktyabr 2016 19:00 İdman"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola 3-cü turda "Barselona"ya məğlubiyyətdən (0:4) sonra fikirlərini açıqlayıb.
Olaylar.az goal.az-a istinadən xəbər verir ki, Qvardiola uğursuzluğu öz səhvi ilə əlaqələndirib:
"Bu, mənim məşqçilik karyeramda ən ağır məğlubiyyət deyil. Ən pisi 2014-cü ildə Bavariyada "Real"a 0:4 hesablı məğlubiyyət idi. Bu uğursuzluq mənim səhvlərimin nəticəsidir. Əsas heyəti düzgün müəyyənləşdirməmişəm. "Real"la isə heç qol vəziyyəti də yarada bilməmişdik. Ancaq bu dəfə ən azı 1-2 qola layiq idik. Lakin "Barselona" rəqibi yüngülcə cəzalandıra bilən bir komandadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31