"Ronaldinyo "Qəbələ"də oynayacaq?" - "Çox güman..."
Ronaldinyo mətbuat konfransında "sual yağışına" tutulub. Milli.Az xəbər verir ki, jurnalistlərdən birinin "Təklif gəlsə, Ronaldinyo "Qəbələ"də oynayarmı?" sualına Ronaldinyo belə reaksiya verib:
20 Oktyabr 2016 17:18 İdmanRonaldinyo mətbuat konfransında "sual yağışına" tutulub.
Milli.Az xəbər verir ki, jurnalistlərdən birinin "Təklif gəlsə, Ronaldinyo "Qəbələ"də oynayarmı?" sualına Ronaldinyo belə reaksiya verib:
"Mən Hindistanda bir neçə oyunda oynamışam. O ki qaldı, sizin ölkədə oynamağıma, düzünü deyim, mən hələ qərar verməmişəm ki, karyeramı bitirəcəyəm, ya yox. Çox güman, bu ilin sonuna qədər, dekabra qədər qərar verəcəyəm. Ola bilər ki, son vida matçını keçirim. Ola bilər, karyerama davam edim - hələ qərar veməmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31