"Mançester Yunayted"dən rekord: hər ilə 1 milyon 750 min forma

Dünyanın ən çox forma satan futbol klubunun adı açıqlanıb. Apasport.az xəbər verir ki, "Mançester Yunayted" bütün rəqiblərini qabaqlayaraq, birinci olub.

Dünyanın ən çox forma satan futbol klubunun adı açıqlanıb.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" bütün rəqiblərini qabaqlayaraq, birinci olub.

Belə ki, "qırmızı şeytanlar" 2011-2016-cı illər ərzində orta hesabla hər ilə 1 milyon 750 min forma satıb. Bu göstəricinin sayəsində Mançester təmsilçisi digər klublar üçün əlçatmaz olub.
 
İkinci pillədə Madrid "Real"ı qərarlaşıb ki, bu klub orta hesabla hər ilə 100 min forma satıb. Növbəti pillələrdə isə "Barselona" və "Bavariya" klubları qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31