Güləşçilərimiz Qitələrarası Kubok turnirindən gümüş medalla qayıdıb

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub. 65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib. 65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31