"Zədəli deyiləm, yorğunam"

Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.

Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.

Goal.az xəbər verir ki,  "Barselona" futbolçusu açıqlamasında yorğunluqdan şikayətlənib: "Mənim zədəm yoxdur. Sadəcə olaraq çox yorulmuşam. Oyun çox olub. Bundan başqa uzun müddətli uçuşlar da öz təsirini göstərir. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm. Amma birbaşa rəqiblə səfərdə xal aldığımızdan məmnunam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31