Çexiya - Azərbaycan: 1 dəqiq zərbə, 1 xal - STATİSTİKA
12 Oktyabr 2016 06:43 İdmanMilli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya səfərindən 1 xalla qayıdır.
apasport.az xəbər verir ki,qrupda keçirdiyi 3-cü matçda da qol buraxmayan Robert Prosineçkinin yetirmələri 0:0 hesablı bərabərliklə xallarının sayını 7-yə yüksəldib.
Ostrava şəhərində baş tutan görüş meydan sahiblərinin ərazi üstünlüyündə keçib. Topa sahib olma 62% faiz çexiyalılarda olsa da, rəqib yığmamızın qapısına yol tapa bilməyib.
Ev sahibləri 17 dəfə zərbə vurmağa imkan tapıblarsa, millimizdə bu say 8 olub. Qapıçımız Kamran Ağayev 17 zərbədən 5-də məharətini nümayiş etdirməli olub. Komandamız isə aktivinə cəmi 1 dəqiq zərbə yazdıra bilib.
Çexiya
Azərbaycan
0
Qollar
0
17
Zərbələr
8
5
Çərçivəyə zərbələr
1
9
Çərçivəyə düşməyən zərbələr
3
3
Qarşısı alınan zərbələr
4
0
Tir, dirək
0
9
Künc zərbələri
5
3
Oyundankənar vəziyyət
2
1
Sarı vərəqələr
2
12
Qayda pozuntuları
7
Milli.Az