"Bizi Azərbaycanla önəmli oyun gözləyir"

Almaniya ilə oyun geridə qaldı. İndi bizi Azərbaycanla önəmli oyun gözləyir. Rəqib son görüşdə Norveçi gözlənilmədən məğlub etdi. Ancaq bu komanda ilə görüşdə üstün tərəf olacağımıza əminəm.

Almaniya ilə oyun geridə qaldı. İndi bizi Azərbaycanla önəmli oyun gözləyir. Rəqib son görüşdə Norveçi gözlənilmədən məğlub etdi. Ancaq bu komanda ilə görüşdə üstün tərəf olacağımıza əminəm.

Qol.az xəbər verir ki, bu sözləri Çexiya millisinin futbolçusu Marek Suxi DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi ölkəsinin mətbuatına deyib.

O, Azərbaycan və Norveçlə vacib görüşlərin olacağını vurğulayıb:

"Bu oyunlarda əlimizdən gələni etməliyik".

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31