Aleksandr Əliyev klubsuz qaldı

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev klubsuz qalıb.  Qol.az xəbər verir ki, əslən azərbaycanlı yarımmüdafiəçi "Taraz"dan ayrılıb. 

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev klubsuz qalıb. 

Qol.az xəbər verir ki, əslən azərbaycanlı yarımmüdafiəçi "Taraz"dan ayrılıb. 

Bu haqda Qazaxıstan təmsilçisinin idman direktoru Kanat Şertayev açıqlama verib: "Biz qarşılıqlı razılıq əsasında müqaviləni pozduq. Futbolçunun ailəsində problem var. Buna görə də o, Qazaxıstanı tərk etməli oldu". 

Xatırladaq ki, Aleksandr Əliyev "Taraz"la bu ilin iyulunda müqavilə imzalamışdı. Bu klubda Əliyev meydana çıxdığı 13 görüşdə 1 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31