Çexiya - Azərbaycan matçının hakimləri açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.

Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.
 
Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31