Darmian İtaliyaya qayıda bilər

"Mançester Yunayted"in cinah müdafiəçisi Matteo Darmian yenidən A Seriyasına qayıda bilər. Klubun sabiq çalışdırıcısı Lui van Qaalın istəyilə transfer olunan Darmian "İnter"in maraq dairəsindədir.

"Mançester Yunayted"in cinah müdafiəçisi Matteo Darmian yenidən A Seriyasına qayıda bilər. Klubun sabiq çalışdırıcısı Lui van Qaalın istəyilə transfer olunan Darmian "İnter"in maraq dairəsindədir.

Goal.az xəbər verir ki, 26 yaşlı oyunçu mövsümün sonunda satınalma bəndi daxil olmaqla icarə əsasında "nerazzurri"nin heyətinə qoşula bilər.

Bu mövsüm "manikunianlar"ın heyətində cəmi 1 oyun keçirən Darmian Şvaynştayger və Depayla birgə Mourinyonun planlarına daxil deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31