"Ümid edirəm "Liverpul" çempion olmayacaq"
"Mançester Yunayted"in eks oyunçusu Pol Skoulz komandanın "Liverpul"a qarşı keçirəcəyi oyun barədə danışıb.
30 Sentyabr 2016 18:53 İdman"Mançester Yunayted"in eks oyunçusu Pol Skoulz komandanın "Liverpul"a qarşı keçirəcəyi oyun barədə danışıb.
Goal.az xəbər verir ki, Skoulz bunları deyib:
"Liverpul" titul qazanmağa qadir komanda təsiri bağışlayır. "Anfield"dəki oyun (17 oktyabr) "Yunayted" üçün vacib görüş olacaq. Rəqibdən xal almağa çalışmaq lazımdır. Məncə, heç-heçə olacaq. "Liverpul"un müdafiə xətti o qədər də etibarlı deyil. Əvəzində hücum xətti istənilən komandanın qapısına yol tapa bilər. Ümid edirəm onlar çempion olmayacaq".
Premyer Liqada 6 turdan sonra 16 qol vuran "qırmızılar" öz qapısından 9 qol buraxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31