""Seltik" İngiltərədə ən güclü 4-6 klubdan biri olardı"

"Seltik"in baş məşqçisi Brendan Rocers klubun İngiltərə liqasına keçirilməsi ehtimalına münasibət bildirib.

"Seltik"in baş məşqçisi Brendan Rocers klubun İngiltərə liqasına keçirilməsi ehtimalına münasibət bildirib.

Goal.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Şübhə etmirəm ki, "Seltik" İngiltərə oynayasaydı, ən güclü 4-6 klubdan biri olardı. Təsəvvür edin ki, bu klub oradakı resurslardan yararlana bilərdi. "Seltik" böyük klub olduğuna görə İngiltərə futbol piramidasında yer tutmaqdan imtina etməz. Burada yaxşı azarkeşlər, stadion var. Ona görə başqa liqaya keçmək eyni zamanda həm cəlbedici, həm də qorxulu məsələdir".

Qeyd edək ki, bir müddət öncə "Seltik" və "Rangers"in İngiltərənin aşağı dəstəsinə qəbul olunması proqrama daxil edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31