Qurban Qurbanov biabırçı məğlubiyyətə şərh verdi

Oyun haqda danışmağa ehtiyac görmürəm.  

Oyun haqda danışmağa ehtiyac görmürəm.  

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

44 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun "Fiorentina" ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında çıxış edib.

Qurbanov 1:5 hesablı məğlubiyyəti rəqibin çox güclü olması ilə izah edib: "Fiorentina"ya uğur arzulayıram. Florensiya klubunun heyətində yaxşı futbolçular var. Rəqibimiz əla baş məşqçiyə malikdi. "Fiorentina" tez-tez oyunun axarını istədiyi kimi dəyişməyi bacarır. Azlıqda qalandan sonra isə bizim üçün daha çətin oldu"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31