Şenol Günəş: "Hesabı 2:0 etsəydik..."

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Dynamo Kyiv"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Dynamo Kyiv"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı buraxılan qolun komandanı ruhdan saldığını söylədi: "Qola qədər olduqca soyuqqanlı çıxış edirdik. Buraxılan qol cərimə zərbəsi deyildi, futbolçunun ayağı özünə dəydi. Çox bəsit şəkildə qapımızda qol gördük. Halbuki qola qədər matça nəzarət edirdik, hesabı 2:0 etsəyik, meydanı qələbə ilə tərk edəcəkdik, amma qapımızda qol gördükdən sonra ruhdan düşdük və rəqib üstünlüyü ələ aldı. Xal itirdiyimizə görə çox pərişanıq".

Qeyd edək ki, "Beşiktaş" - "Dynamo Kyiv" matçı 1:1 hesabı ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31