Arda: "Enrike qol vurmalı olduğumu söylədi"

"Barselona"nın şərəfini qoruyan Arda Turan "Borussiya" ( M ) ilə matçdan sonra bir sıra açıqlamaları ilə yadda qalıb.

"Barselona"nın şərəfini qoruyan Arda Turan "Borussiya" ( M ) ilə matçdan sonra bir sıra açıqlamaları ilə yadda qalıb.

Goal.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində meydana daxil olub 5 dəqiqə sonra hesabı bərabərləşdirən türkiyəli yarımmüdafiəçi bunları söyləyib: "Komanda üçün çalışıram. Çox çətin bir matç oldu, amma ikinci hissədə yaxşı çıxış etdik. Luis Enrike hücum etməli və qol vurmalı olduğumu dedi, mən də dediyi kimi etdim".

Qeyd edək ki, Arda bu mövsüm "Barselona"nın heyətində 9 matçda 5 dəfə fərqlənməyi bacarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31