Kapitanın "Qarabağ"a qarşı oynamamağının səbəbi bəlli oldu
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək "Fiorentina"nın iştirak ərizəsində Qonzalo Rodrigesin yer almamağının səbəbi müəyyənləşib.
29 Sentyabr 2016 18:50 İdmanAvropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək "Fiorentina"nın iştirak ərizəsində Qonzalo Rodrigesin yer almamağının səbəbi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Florensiya klubunun kapitanı yüngül zədə alıb.
Məşqçilər korpusu əzələsi dartılan 32 yaşlı müdafiəçini "Torino" ilə çempionat oyununa kimi hazır vəziyyətə gətirmək arzusundadır. "Fiorentina"nın çalışdırıcısı Paulo Souza argentinalı futbolçunu "Qarabağ"a qarşı oynatmaqla riskə getmək istəməyib. Elə bu səbəbdən də Rodrigesin adı Ağdam klubu ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Artemio Franki" stadionunda keçiriləcək "Fiorentina" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə 21:00-da start götürəcək.