"O, böyük təcrübəyə malik mütəxəssisdir"
Tanınmış məşqçi Fabio Kapello "Valensiya"nın Çezare Prandelli ilə danışıqlar aparmasını tədqir edib.
29 Sentyabr 2016 18:44 İdmanTanınmış məşqçi Fabio Kapello "Valensiya"nın Çezare Prandelli ilə danışıqlar aparmasını tədqir edib.
Goal.az xəbər verir ki, Kapello həmyerlisinin oyun tərzini komandaya görə seçdiyini bildirib.
"O, böyük təcrübəyə malik mütəxəssisdir. Prandelli İtaliya millisi və "Fiorentina"da yaxşı işləmişdi. Çezare futbola yaxından bələddir və oyunçularla söhbət etməyi sevir. Prandellinin tətbiq edəcəyi oyun tərzi əlindəki futbolçulardan asılı olacaq. "Fiorentina"da o, hücumameyilli futbola üstünlük verirdi. Çünki oyunçuların profili buna imkan verirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31