Əvvəl Azərbaycan, sonra Xorvatiya
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya yığması gələn ay yoldaşlıq görüşü keçirəcək.
29 Sentyabr 2016 17:38 İdmanDÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya yığması gələn ay yoldaşlıq görüşü keçirəcək.
Apasport.az xəbər verir ki, noyabrın 11-də öz meydanında Azərbaycanla qarşılaşacaq Britaniya təmsilçisi 4 gün sonra Xorvatiya ilə üz-üzə gələcək.
Qarşılaşma Belfast şəhərində baş tutacaq.
Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil xorvatlarla matçın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Yoldaşlıq matçı olsa da, bizim üçün çox vacib görüşdür. Xorvatiya yüksək səviyyəli Avropa komandasıdır. Bu, əladır. Çünki öz meydanımızda bu cür komanda ilə qarşılaşacağıq. Evdə belə rəqiblə yoldaşlıq görüşü keçirməmişik. Bizim üçün yaxşı sınaq olacaq. Heyətin bir neçə üzvünü yoxlamaq şansımız yaranacaq".
Qeyd edək ki, Şimali İrlandiyanın gələn ay millimizlə keçirəcəyi qarşılaşma da Belfastın "Uindsor Park" stadionunda baş tutacaq.