Mundialın ilk finalçısı bəlli oldu
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
28 Sentyabr 2016 18:57 İdmanKolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk finalçının adına İran - Rusiya matçında aydınlıq gəlib.
Bunadək yarımfinal səddini adlaya bilməyən rəqiblər tarixində ilkə imza atmaq üçün gərgin mübarizədə qalibi müəyyənləşdiriblər. Əvvəlki 3 cəhdində finala həsrət qalan Rusiya 4:3 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə həlledici matça vəsiqə qazanıb. İran yığması isə 24 il öncəki kimi yenə yarımfinalda dayanıb.
Qeyd edək ki, ikinci yarımfinalçı bu gün keçiriləcək Argentina - Portuqaliya görüşündə müəyyənləşəcək.
Futzal üzrə dünya çempionatı
Yarımfinal
27 sentyabr
İran - Rusiya - 3:4