"Lester"dən Çempionlar Liqasında yeni rekord
İngiltərənin "Lester" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Report xəbər verir ki, ölkə çempionu "Dumanlı Albion" təmsilçiləri arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu qələbə ilə başa vuran birinci komanda olub.
28 Sentyabr 2016 18:56 İdmanİngiltərənin "Lester" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Report xəbər verir ki, ölkə çempionu "Dumanlı Albion" təmsilçiləri arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk 2 turunu qələbə ilə başa vuran birinci komanda olub.
"Lester" əvvəlcə Belçika "Brügge"sini 3:0, ardından Portuqaliya "Portu"sunu 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələlərində müxtəlif illərdə İngiltərənin "Mançester "Yunayted", "Mançester Siti", "Arsenal", "Tottenhem", "Liverpul", "Çelsi", "Lids", "Nyukasl" və "Blekbern" çıxış ediblər. Onlardan heç biri ilk 2 turda qələbə qazana bilməyib.