"Almanlar kimi düşünməyi sevirəm"
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Bayer Münix"lə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.
28 Sentyabr 2016 18:54 İdman"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Bayer Münix"lə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.
Goal.az xəbər verir ki, argentinalı çalışdırıcı alman futboluna heyran olduğunu dilə gətirib: "Həmişə alman futbolunu heyranlıqla izləmişəm. Almanlar kimi düşünməyi sevirəm. İnanıram ki, onların beyninə sahib ola bilərik. Ötən mövsümə görə, hər iki komanda eyni heyətlə meydana çıxacaq. "Bayern" Riberi və Alaba ilə daha da güclənib. Hummels komandaya təcrübə qatır. Digər futbolçular da keçən mövsümdə olduğu kimi parıldayırlar".
Qeyd edək ki, "Atletiko Madrid" - "Bayer Münix" matçı bu gün keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31