Mourinyo qərarını dəyişdi

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçu Xuan Mata ilə bağlı fikrini dəyişib. Goal.az xəbər verir ki, sabiq klubu "Çelsi"də Mataya "qapını göstərən" portuqaliyalı çalışdırıcı bu dəfə ondan razıdı.

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçu Xuan Mata ilə bağlı fikrini dəyişib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq klubu "Çelsi"də Mataya "qapını göstərən" portuqaliyalı çalışdırıcı bu dəfə ondan razıdı.

Odur ki, Mourinyo Mata ilə əməkdaşlığı davam etdirməyin, hətta yeni müqavilə imzalanmasının tərəfdarıdı. Onun bu istəyindən sonra "Mançester Yunayted" rəhbərliyi 28 yaşlı yarımmüdafiəçi ilə danışıqlara start verib. Mata razılıq versə, onun sözləşməsinin müddəti uzadılacaq.

Qeyd edək ki, Matanın hazırkı müqaviləsinin müddəti 2018-ci ilə qədər nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31