Futbol üzrə Respublika birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Astara Olimpiya İdman Kompleksində ilk dəfə olaraq 15-16 yaşlı qızlar arasında futbol üzrə Respublika birinciliyi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, çempionatda 9 rayonun ( Qax, Balakən, Şəki, Mingəçevir, Lənkəran, Qusar, Sumqayıt, Bakı, İmişli) qızlardan ibarət komandası mübarizə aparıb. Birinciliyin açılış mərasimində Azərbaycan Uşaq- Gənclər Futbol Federasiyasının Prezidenti Nüzər Xasıyev, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Lənkəran, Şəki və Qax rayonunun komandaları müvafiq olaraq I, II və III yerləri qazanıb.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Astara Olimpiya İdman Kompleksində ilk dəfə olaraq 15-16 yaşlı qızlar arasında futbol üzrə Respublika birinciliyi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, çempionatda 9 rayonun ( Qax, Balakən, Şəki, Mingəçevir, Lənkəran, Qusar, Sumqayıt, Bakı, İmişli) qızlardan ibarət komandası mübarizə aparıb. Birinciliyin açılış mərasimində Azərbaycan Uşaq- Gənclər Futbol Federasiyasının Prezidenti Nüzər Xasıyev, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Lənkəran, Şəki və Qax rayonunun komandaları müvafiq olaraq I, II və III yerləri qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31