"Azərbaycan üzərində qələbə ilə sübut etdik ki..."

"Futzalçılarımızın Azərbaycanla oyundakı çıxışından razıyam. Biz bu qələbəyə layiq idik". Apasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Portuqaliya millisinin baş məşqçisiXorxe Braz deyib.

"Futzalçılarımızın Azərbaycanla oyundakı çıxışından razıyam. Biz bu qələbəyə layiq idik".

Apasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Portuqaliya millisinin baş məşqçisiXorxe Braz deyib.

Təcrübəli mütəxəssis DÇ-2016-nın 1/4 final mərhələsinin Azərbaycanla matçı haqda fikirlərini açıqlayıb, 3:2 hesablı qələbədən məmnunluğunu ifadə edib: "Heç bir şübhəm yoxdu ki, yarımfinalda bizim komanda olmalı idi. Azərbaycan üzərində qələbə ilə sübut etdik ki, dünyanın ən güclü 4 komandasından biriyik. Artıq Argentina ilə matçı düşünürük. Cənubi Amerika təmsilçisi də çox güclü komandadır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31