Karateçilərimiz 6 medal qazandı
Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar.
26 Sentyabr 2016 14:08 İdmanAzərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar.
Report xəbər verir ki, 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan yığma 72 ölkə arasında 4-cü nəticə göstərib.
7 görüş keçirən Asiman Qurbanlı (+84 kq) ilə 6 rəqibini məğlub edən İrina Zaretska (68 kq) nüfuzlu fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Firdovsi Fərzəliyev (60 kq) ikinci, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının I vitse-prezidenti Rəhman Hətəmovun rəhbərlik etdiyi nümayəndə heyətində milli komandanın məşqçilərindən Seymur Hüseynov, yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.