UEFA-dan "Qarabağ"ın oyununa TƏYİNAT

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Fiorentina" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Fiorentina" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, qarşılaşmanı Oliver Draxtanın başçılıq etdiyi Avstiya Futbol Federasiyasının hakimlər briqadası idarə edəcək.

Ona Roland Brander və Stefan Kühr köməklik edəcək. Dördüncü hakim funksiyasını Roland Riedel yerinə yetirəcək.

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" görüşü sentyabrın 29-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31