"Real" Dortmund səfərində, "Beşiktaş" "Dinamo" ilə üz-üzə
Sabah UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna start veriləcək. Apasport.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutacaq.
26 Sentyabr 2016 12:10 İdmanSabah UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutacaq.
Günün ən maraqlı qarşılaşması Dortmundda baş tutacaq. Belə ki, "Borussiya" öz meydanında Madrid "Real"ı ilə üz-üzə gələcək. "Sevilya" "Lion"u qəbul edəcəyi halda, "Yuventus" Zaqrebdə "Dinamo"nun qonağı olacaq. Son İngiltərə çempionu "Lester" isə "Porto" ilə münasibətləri ayırd edəcək.
Sentyabrın 28-də isə A, B, C və D qruplarının oyunları keçiriləcək. Azərbaycanlı futbolsevərlərin diqqəti daha çox Türkiyəyə yönələcək. Belə ki, Superliqanın son qalibi "Beşiktaş" Kiyev "Dinamo"sunu qəbul edəcək. Günün maraqlı qarşılaşmalarından biri Madriddə "Atletiko" ilə "Bavariya" arasında baş tutacaq.
27 sentyabr
E qrupu
22:45. "Monako" (Fransa) - "Bayer" (Almaniya)
22:45. MOİK (Rusiya) - "Tottenhem" (İngiltərə)
F qrupu
22:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (Madrid, İspaniya)
22:45. "Sportinq" (Portuqaliya) - "Legiya" (Polşa)
G qrupu
22:45. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)
22:45. "Lester" (İngiltərə) - "Porto" (Portuqaliya)
H qrupu
22:45. "Sevilya" (İspaniya) - "Lion" (Fransa)
22:45. "Dinamo" (Xorvatiya) - "Yuventus" (İtaliya)