"Qvardiola kimdir ki, ondan üzr istəyim?"
"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola ötən gün Yaya Tureni meydana buraxmamasının səbəblərini açıqlamışdı. Katalon mütəxəssis yarımmüdafiəçinin agenti Dmitri Selyukun üzr istəməli olduğunu qeyd etmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qvardiolanın sözlərinə münasibət bildirən rusiyalı menecer bunları deyib:
21 Sentyabr 2016 19:45 İdman"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola ötən gün Yaya Tureni meydana buraxmamasının səbəblərini açıqlamışdı. Katalon mütəxəssis yarımmüdafiəçinin agenti Dmitri Selyukun üzr istəməli olduğunu qeyd etmişdi. Goal.az xəbər verir ki, Qvardiolanın sözlərinə münasibət bildirən rusiyalı menecer bunları deyib:
"Qvardiola üzr istəməyimi gözləyir? Bunu etməyəcəm. Birincisi, istədiyimi danışa bilərəm. İkincisi, nə vaxt danışıb nə vaxt üzr istəməli olduğumu Qvardiola müəyyən etmir. Nəyə görə üzr istəyim? "Premyer Liqanın qalibi olsa, onu ayaq üstə alqışlayacam. Əks halda, Ture və Co Hartdan üzr istəməlidir", - demişdim. Mən hesab edirəm ki, Qvardiola özü Manuel Pelleqrini, Ture və Hartdan üzrxahlıq etməlidir. İngiltərədə alicənablıq ölməyib. Məşqçilər heç onun əlini belə sıxmamalıdırlar. Çünki Pelleqrininin başı üzərindən oyunlar aparırdı. Qvardiola kimdir ki, ondan üzr istəyim? Supermenecer? Onu tanıyıram, kim olduğunu bilirəm".